Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın Bərpası Konfransına qatılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, konfrans çərçivəsində Fidan 4 ölkədən olan həmkarları ilə görüş keçirib.
Belə ki, nazir Danimarka XİN başçısı Lars Lokke Rasmussen, italiyalı həmkarı Antonio Tajani, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Avstriyanın XİN rəhbəri Aleksander Şallenberqlə müzakirələr aparıb.
Bakanımız @HakanFidan, #Ukrayna İyileştirme Konferansı marjında #Londra'da:
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) June 21, 2023
- #Danimarka Dışişleri Bakanı Lars Løkke Rasmussen,
- #İtalya Dışişleri Bakanı Antonio Tajani,
- #Almanya Dışişleri Bakanı Annalena Baerbock ve
- #Avusturya Dışişleri Bakanı Alexander Schallenberg
ile… pic.twitter.com/GiJgB1KQqT