Modern.az

Kiyevdə partlayış - Ölən və yaralananlar var

Kiyevdə partlayış - Ölən və yaralananlar var

Dünya

22 İyun 2023, 08:22

Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada partlayış baş verib. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "RBC Ukraina" Kiyev meri Vitali Kliçkonun teleqram paylaşımına istinadən məlumat yayıb.

 

"Partlayış Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kliçko deyib.

 

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi