Modern.az

Rusiya və Ermənistan arasında gömrük razılaşması

Rusiya və Ermənistan arasında gömrük razılaşması

Dünya

22 İyun 2023, 10:58

Ermənistan və Rusiya gömrükçüləri “Yuxarı Lars”da stabil keçidi təmin etmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Aşot Muradyan Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyindən Ruslan Davıdovla görüşdə Vladiqafqazda keçid məntəqəsinin ötürücülük qabiliyyətinin artırılması və növbələrin aradan qaldırılması üzrə tədbirləri müzakirə edib.

 

İyunun 15-dən buraxılış məntəqəsində artıq 15 yeni zolaq aktivləşdirilib və onların sayı 39-a çatıb. Bunun sayəsində Larsın ötürücülük qabiliyyəti artıb. Burada hər gün 1.3 minə yaxın yük maşını buraxılır.

 

Tərəflər, həmçinin rentgen müayinəsinin nəticələrini mübadilə etməyə başlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI