Türkiyə 2023-cü ilin sonunadək 4 ölkəyə “Anka” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi PUA-ları istehsal edən TUSAŞ şirkətinin rəsmisinə istinadən məlumat yayıb.
Ölkələrin adlarını açıqlanmayıb. Bildirilib ki, növbəti il "Anka" müştərilərinin sayı daha da artacaq.
Xatırladaq ki, bundan əvvəl PUA-ların Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə tədarük edilməsi barədə müqavilələr imzalanıb.