Kosova və Serbiya arasındakı gərginliyin həlli üçün Avropa İttifaqının vasitəçiliyi davam edir.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josef Borel bildirib.
“Mən Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurtini mövcud böhrandan çıxış yolu tapmaq üçün Brüsselə təcili görüşə çağırdım. Bizə ölkənin şimalında Kosovo serblərinin iştirakı ilə yeni seçkilər və dərhal gərginliyin aradan qaldırılması lazımdır. Bu, region və Avropa İttifaqı üçün çox vacibdir”, - Borel deyib.