Modern.az

Parisdəki partlayışda yaralıların sayı 50-yə çatdı 

Parisdəki partlayışda yaralıların sayı 50-yə çatdı 

Dünya

22 İyun 2023, 18:20

Fransanın paytaxtı Parisdə dünən baş verən partlayış nəticəsində yaralananların sayı 50-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.

 

Yaralılardan altısının vəziyyətinin ağır olduğu bildirilir. Prokurorluq dağıntılar altında bir nəfərin hələ də axtarıldığını qeyd edib.

 

Val de Qreys məhəlləsindəki binada baş verən partlayışa qaz sızmasının səbəb olduğu deyilir. Prokurorluq partlayışın səbəbinin hələ dəqiq bilinmədiyini və "qəsdən xəsarət yetirmə" səbəbi ilə istintaq başladıldığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi