Modern.az

Türkiyə və Ukrayna nazirləri taxıl sazişini müzakirə etdi 

Türkiyə və Ukrayna nazirləri taxıl sazişini müzakirə etdi 

Dünya

22 İyun 2023, 19:57

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ukraynalı həmkarı Oleksey Reznikovla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Reznikov Yaşar Güləri yeni vəzifəsi münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.

 

Telefon danışığı zamanı taxıl sazişi müzakirə olunub.

 

Bildirilib ki, Türkiyə bölgədə sülhün və humanitar yardımın təmin edilməsində üzərinə düşəni etməyə davam edəcək.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi