Modern.az

Bayden qəribə hərəkəti ilə yenidən gündəmdə - VİDEO

Bayden qəribə hərəkəti ilə yenidən gündəmdə - VİDEO

Dünya

23 İyun 2023, 00:51

Hindistanın baş naziri Narendra Modinin Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Bayden qəribə hərəkəti ilə gündəmə gəlib.

 

Modern.az xəbər verir ki, o, Hindistan himni səslənən zaman ABŞ himninin ifa edildiyini zənn edib və səhvən sağ əlini ürəyinin üzərinə qoyub.

 

Bayden 15-20 saniyə sonra əlini yavaşca aşağı salıb. Həmçinin, Modi ilə söhbət zamanı Co Bayden Hindistanın baş nazirinin vəzifəsini qarışdırıb və onu səhvən Hindistanın prezidenti adlandırıb.

 

Ağ Ev ABŞ prezidentinin hərəkətlərini şərh etməyib. Onun hərəkətləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

 

Qeyd edək ki, Modi iyunun 20-də ABŞ-a rəsmi səfərə gəlib. Səfər zamanı o, Bayden və digər ABŞ rəsmiləri ilə görüşəcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi