Modern.az

Hindistan baş nazirindən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Hindistan baş nazirindən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

23 İyun 2023, 10:26

Hindistanın baş naziri Narendra Modi dünyanı Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlara çağırıb.

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, o, Ağ Evdə keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

 

Baş nazir Hindistanın Ukraynaya sülh səylərində kömək etməyə tam hazır olduğunu bildirib.

 

"Ukrayna münaqişəsi əksər ölkələrə, xüsusən də qlobal cənub ölkələrinə təsir edib. Biz hesab edirik ki, bu problemlərin həlli üçün bütün dövlətlərin səylərini birləşdirmələri mütləq lazımdır. Hindistan əvvəlcə mübahisənin dialoq və diplomatiya yolu ilə həllini vurğulayıb", - Modi deyib.

 

Modi ABŞ-a səfəri ərəfəsində Hindistanın neytral mövqeyini təkzib edib: “Biz neytral deyilik, biz dünyanın tərəfindəyik”.

 

Eyni zamanda, Hindistan may ayında Rusiyadan Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-dan daha çox neft alıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI