Modern.az

İstanbulda terrora hazırlaşan İŞİD-çi saxlanıldı

İstanbulda terrora hazırlaşan İŞİD-çi saxlanıldı

23 İyun 2023, 10:46

Türkiyənin İstanbul şəhərində daha bir İŞİD terrorçusu saxlanılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Polisinin terrorçuluqla mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

 

Bildirilib ki, saxlanılan şəxsin yeni terror aktına hazırlaşdığı üzə çıxıb.

 

İstanbulun Bahçelievler rayonunda ələ keçirilən terrorçunun ünvanında axtarış zamanı tapança və dolu güllə daraqları aşkar edilərək götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI