Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının qırmızı kateqoriya üzrə axtarışda olan "rəhbər şəxs"lərindən biri - "İcra Şurası"nın üzvü Abdurrahman Çadırcı zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.