Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynada kütləvi qırğın silahlarının mərhələli şəkildə tətbiqini təşkil etməyi planlaşdıran qrupun həbs edildiyini açıqlayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əsasən etnik azərbaycanlılardan ibarət olan qrupun kuratorunun Ukrayna vətəndaşı olduğu bildirilir.
FTX-nin yaydığı məlumatda iddiaya görə, saxlanılan 5 nəfər xaricə 3.5 milyon dollar dəyərində 1 kiloqram radioaktiv "Sezium-137" keçirməyə cəhd edib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski son bir neçə gündə Rusiyanın Zaporojye atom elektrik stansiyasını partlatmağa hazırlaşdığı barədə açıqlamalar verib. Rusiya tərəfi isə Ukraynanın guya “çirkli bomba” hazırlaması barədə mütəmadi bəyanatlar verir.