Modern.az

İrana görə Ukraynaya silah vermirik - Netanyahu

İrana görə Ukraynaya silah vermirik - Netanyahu

23 İyun 2023, 11:46

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Ukraynaya silahların İranın əlinə keçə biləcəyi ehtimalına görə təhvil vermir.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.

 

"Ukraynadakı faciəyə, dəhşətli insan itkisinə görə kədərlənirik. Biz bunun bitməsini istəyirik. Düşünürəm ki, gələcəkdə biz buna son qoymağa kömək edə bilərik. Ancaq bunun baş verəcəyinə əmin deyiləm", - deyə Netanyahu qeyd edib.
 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular