Modern.az

Narışkin Qərbi tənqid etdi - Ukraynaya görə

Narışkin Qərbi tənqid etdi - Ukraynaya görə

23 İyun 2023, 12:10

"Kiyev qərbli patronlarının təkidi ilə keçən ilin fevral-mart aylarında “Donbasda cəza əməliyyatı” keçirməyi planlaşdırırdı".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu iddianı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin səsləndirib.

 

"Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları Vaşinqtonun hakim dairələrinin və NATO ölkələrinin bir sıra paytaxtlarının onlara tamamilə yad olan maraqları naminə ölürlər. Bəzi Qərb elitası nümayəndələrinin “Rusiyanı silah gücünə əzmək” ehtimalı ilə bağlı fikirləri dərin fırıldaqdır", - Narışkin iddialarını davam etdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI