Modern.az

Türklər günəşin çıxması üçün dua etdilər

Türklər günəşin çıxması üçün dua etdilər

23 İyun 2023, 17:00

Türkiyənin Ordu şəhərində son illərin ən şiddətli yağışlı günləri yaşanır. Bu səbəbdən əkin sahələrinə kimyəvi müdaxilənin həyata keçirilə bilməməsi və fındıq sahəsində aşkarlanan tozlu küf xəstəliyi vətəndaşları ciddi şəkildə narahat edir.

 

Modern.az xəbər verir ki, problemdən xilas olmağa çalışan vətəndaşlar din xadimi Hüseyn Dənizin müşayiəti ilə günəş duasına çıxıblar.

 

“Hazırda uşaqlarımızın ruzisi, gəlinlərimizin cehizi, övladlarımızın qələmi, dəftəri olan, yaşantımızın özü hesab etdiyimiz fındıqlarımız çürüməyə məhkumdur. Sənin məqamında günəşin var, ya rəbbim. Bu buludları üstümüzdən apar. Sən bir şeyi dilədiyin zaman yaşaya bilən, yaşada bilənsən, rəbbim. Dualarımızı qəbul et. Allahım əzabından əffinə sığınırıq. Günəşinin fındıqlarımıza yetişməsi üçün yalvarırıq. Dualarımızı qəbul elə!” - sakinlər din xadiminin səsləndirdiyi duaları təkrarlayıblar. Bir vaxtlar yağışın yağması üçün dua edən vətəndaşların indi günəşli hava üçün dua etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi