Ermənistanın sabiq xarici işlər naziri, müxalif İrs Partiyasının sədri Raffi Ovanisyan ölkənin baş naziri Nikol Paşinyanı tənqid edib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, eks-nazir Paşinyanı tarixi təhrif etməkdə günahlandırıb.
"Baş nazir danışıqların tarixini yalnız şəxsi hakimiyyət maraqları naminə təhrif edir", - Ovanisyan söyləyib.
Partiya sədri Ermənistan rəhbərliyinin Qarabağ məsələsində siyasətini də tənqid atəşinə tutub.
"Bu kursun qarşısı alınmalı, hakimiyyətə öz şəxsi və milli ləyaqəti olan insanlar gəlməlidir", - o qeyd edib.