"Yaranmaqda olan çoxqütblü sistemin ən mühüm sütunlarından biri kimi Afrikanın rolu artmaqda davam edir".
Modern.az Rusiya XİN-in rəsmi teleqram kanalına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən və Afrika qitəsi ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafına həsr olunan Biznes Şurasının iclasında deyib.
"İqtisadi və maliyyə müstəqilliyinin təmin edilməsi Afrikanın sosial-iqtisadi inkişafının və ərzaq təhlükəsizliyinin əsas amillərindən biri olaraq qalır. Rusiya qlobal maliyyə arxitekturasında islahatların aparılması və burada yeni iqtisadi artım mərkəzlərinin rolunun artırılması zərurətini dəstəkləyən prinsipial mövqe tutur", - o qeyd edib.
"Praktiki əməkdaşlıq baxımından Afrika bizim istehsalçılarımız üçün ən sürətlə inkişaf edən ixrac bazarlarından və Rusiya sərmayəsi üçün perspektivli sahələrdən biridir. Qitə ölkələri bizimlə işləməkdə maraqlıdırlar", - nazir əlavə edib.