"İqtisadi siyasətimiz qısa vədədə qiymət stabilliyini və makromaliyyə sabitliyini hədəfləməkdir".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek tviter səhifəsində yazıb.
"Bu hədəflərə çatmaqda qərarlıyıq. Mərkəzi Bankın dünənki açıqlamasında qeyd olunduğu kimi, bu, prosesdir. Həmin proses qərarlılıqla və mərhələli şəkildə idarə olunacaq", - deyə o bildirib.
Qeyd edək ki, bu gün məzənnə üzrə 1 ABŞ dolları 25 türk lirəsini ötüb.
Ekonomi politikalarımız kısa vadede fiyat istikrarını ve makro finansal istikrarı hedeflemektedir. Bu hedeflere ulaşmada kararlıyız.
— Mehmet Simsek (@memetsimsek) June 23, 2023
Merkez Bankası’ının dünkü açıklamasında da belirtildiği gibi bu bir süreçtir. Bu süreç kararlılıkla ve kademeli olarak yönetilecektir.