Almaniya prezidenti Valter-Frank Ştaynmayer Qazaxıstan və Qırğızıstana səfərindən məmnun qalıb.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə onun özü bildirib.
"Berlin regionda su ehtiyatlarının paylanmasına kömək edir və bərpa olunan enerji meqa layihəsinə ümid edir", - o qeyd edib.
Xatırladaq ki, bugünlərdə Ştaynmayer Mərkəzi Asiya regionuna səfər etmişdi.