Cənubi Afrika Respublikasında (CAR) yerləşən mədənlərin birində partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, istifadə olunmayan şaxtada metan qazı partlayıb. Partlayış nəticəsində ən azı 31 nəfər həlak olub. Onların Lesoto vətəndaşı olduqlarl bildirilir.
1990-cı illərdə fəaliyyətini dayandıran şaxtanın ventilyasiyasında metan qazının həddindən artıq olduğu və bunun partlayışla nəticələndiyi ehtimal edilir. Ölən şəxslərin şaxtaya necə gəldiyi məlum deyil.