Rusiya prezidenti Vladimir Putin cəmiyyəti parçalamaq cəhdini arxadan zərbə adlandırıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Putin xalqa müraciətində bildirib.
"Hakimiyyət Rusiyada parçalanmanın təkrarlanmasına imkan verməyəcək, biz xalqı qoruyacağıq. Biz xəyanətlə üzləşdik, hədsiz ambisiyalar Rusiyaya xəyanətə gətirib çıxardı”, - Putin deyib.
O, həmçinin vurğulayıb ki, istənilən qarışıqlıq ölümcül təhlükədir: "Bizim hərəkətlərimiz sərt olacaq. Rusiya Silahlı Qüvvələri silahlı üsyanı təşkil edənləri zərərsizləşdirmək üçün lazımi əmri alıb. Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".