Modern.az

Putin satqınların adını çəkməyib - “Vaqner”dən cavab

Putin satqınların adını çəkməyib - “Vaqner”dən cavab

24 İyun 2023, 12:08

"Rus insanı üçün ədalət anlayışı həmişə müqəddəs olub".

 

Modern.az xəbər verir ki, bu barədə "Vaqner"in rəsmi teleqram kanalı yazıb.

 

"Müdafiə naziri Şoyqunun və Baş Qərargah rəisi Gerasimovun bütün bu illər ərzində etdiklərinə baxanda Priqojin və "Vaqner" döyüşçülərini başa düşmək olar. Baxmutdakı mərmi çatışmazlığını... xatırlayaq. Vladimir Vladimiroviç satqınların adlarını çəkməyib. Priqojinə ədaləti bərpa etmək və uğursuzluqla nəticələnən əsl xəyanətə görə məsuliyyət daşıyanları cəzalandırmaq imkanı vermək deyilmi?", - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ölkədəki vəziyyətlə əlaqədar xalqa müraciət edib. O, "Vaqner"in rəhbəri Yevgeni Priqojinin hərəkətlərini xəyanət adlandırıb. Putin hərbi qiyamın qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqların verildiyini bildirib. Rusiya lideri "üsyanın" kim tərəfindən təşkil edildiyini açıqlamayıb. O, çıxışı müddətində Priqojinin adını çəkməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI