Modern.az

Rusiyanın bədbəxtliyi həmişə satqınlıqdan olub - Volodin

Rusiyanın bədbəxtliyi həmişə satqınlıqdan olub - Volodin

24 İyun 2023, 12:16

"Rusiyanın problemləri və bədbəxtliyi həmişə təkcə satqınlıqdan, daxili parçalanmadan və elitanın xəyanətindən olub".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

 

"Vaqner" döyüşçüləri yeganə doğru seçimi etməlidirlər: Öz xalqları ilə olmaq, qanunun tərəfində dayanmaq, vətənin təhlükəsizliyini və gələcəyini müdafiə etmək, Ali Baş Komandanın göstərişlərini yerinə yetirmək. Yerdə qalan nə varsa, satqınlıqdır", - o qeyd edib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ölkədəki vəziyyətlə əlaqədar xalqa müraciət edib. O, "Vaqner"in rəhbəri Yevgeni Priqojinin hərəkətlərini xəyanət adlandırıb. Putin hərbi qiyamın qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqların verildiyini bildirib. Rusiya lideri "üsyanın" kim tərəfindən təşkil edildiyini açıqlamayıb. O, çıxışı müddətində Priqojinin adını çəkməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI