Modern.az

Putin Lukaşenko ilə danışdı - Qiyam müzakirəsi

Putin Lukaşenko ilə danışdı - Qiyam müzakirəsi

Dünya

24 İyun 2023, 12:24

Rusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Putin ölkədə baş verən hadisələr və son vəziyyətlə bağlı Lukaşenkoya müfəssəl informasiyaları çatdırıb.

 

Həmçinin qeyd olunub ki, son hadisələr geniş müzakirə edilib.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI