Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri, hərbi-siyasi analitik Oleksiy Arestoviç Rusiyada baş verən son hadisələrə orijinal şəkildə münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə Arestoviç tviter səhifəsində paylaşım edib.
Paylaşım şəkildən ibarətdir. Fotoda "Gəlin, onlara mane olmayaq. Sadəcə onları arxadan müşahidə edək" ifadələri öz əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyada baş verən hadisələrə rəsmi Kiyevin münasibətini açıqlamışdı.