Rus Provaslav Kilsəsinin Patriarxı Kirill ölkədə baş verən hadisələrə münasibət bildirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, Kirill prezident Vladimir Putini dəstəklədiyini açıqlayıb.
"Rusiya Federasiyası Prezidentinin ölkəmizdə iğtişaşların qarşısının alınmasına yönəlmiş səylərini dəstəkləyirəm", - o qeyd edib.
Patriarx "əlinə silah alıb qardaşlarına qarşı yönəltməyə hazır olanları bir daha düşünməyə" çağırıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.