Modern.az

Tokayevlə Putin son hadisələri müzakirə etdilər

Tokayevlə Putin son hadisələri müzakirə etdilər

Dünya

24 İyun 2023, 13:54

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

Bildirilib ki, Vladimir Putin ölkədəki vəziyyət barədə məlumat verib. Kasım-Jomart Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir.

 

"Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə qanunun və asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır", - o söyləyib.

 

Putin Rusiya Federasiyasındakı mövcud vəziyyəti başa düşdüyünə görə Tokayevə təşəkkür edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI