Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə siyasətçi tviter səhifəsində paylaşım edib.
"Rusiyada hadisələrin inkişafını yaxından izləyirik. Avropalı liderlər və G7 müttəfiqləri ilə təmas halındayıq. Bu, aşkar surətdə Rusiyanın daxili məsələsidir. Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır", - o qeyd edib.
Closely monitoring the situation in Russia as it unfolds.
— Charles Michel (@CharlesMichel) June 24, 2023
In touch with European leaders and @G7 partners.
This is clearly an internal Russian issue.
Our support for Ukraine and @ZelenskyyUa is unwavering.