Modern.az

Pisliyi seçənlər özlərini yox edər - Zelenski

Pisliyi seçənlər özlərini yox edər - Zelenski

Dünya

24 İyun 2023, 14:24

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadakı hadisələri şərh edib.

 

Modern.az xəbər verir ki, prezident bu barədə tviter səhifəsində yazıb.

 

"Pislik yolunu seçən hər kəs özünü yox edər. Başqa bir ölkənin həyatını məhv etmək üçün əsgər göndərən, raketlərlə terror törədən, insanları xor görən, sonunda Moskva bölgəsində silahlandırdığı adamlardan barrikada qurmaq üçün 100 minlərlər insanı savaşın içinə atan Rusiya zəifliyini və hökumətin səfehliyini gizlətmək üçün uzun müddət propoqandanı istifadə etdi. Lakin indi o qədər böyük xaos var ki, heç bir yalan onu gizlədə bilməz. Ukrayna Avropanı Rusiyadan qoruya bilər", - o bildirib.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI