Modern.az

Bryansk və Sverdlovskda yüksək döyüş hazırlığı elan olundu

Bryansk və Sverdlovskda yüksək döyüş hazırlığı elan olundu

Dünya

24 İyun 2023, 15:10

Rusiyanın Bryansk və Sverdlovsk vilayətlərində yüksək döyüş hazırlığı vəziyyəti elan edilib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hər iki vilayətin rəhbərliyi məlumat yayıb.

 

Bryanskın qubernatoru, həmçinin Ukrayna ilə dövlət sərhədində "vəziyyətin nəzarət altında olduğunu" açıqlayıb.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI