Rusiya Xarici İşlər Nazirliyi Qərbi və Ukraynanı ittiham edən açıqlama yayıb.
Modern.az xəbər verir ki, bu barədə TASS yazıb.
"Moskvadan təhdidlərlə bağlı Qərbin təxribatları Rusiyanı gözdən salmaq cəhdidir. Zaporojye AES-i aylardır ciddi təhlükə qarşısında qoyan hazırkı Ukrayna hakimiyyətidir. ABŞ və onun peykləri “Rusiyanın nüvə təhlükəsi” haqqında dəhşətli hekayələr yaratmaq və şişirtmək üçün hər fürsətdən istifadə edirlər. Moskva Kiyevi və onun Qərbdəki patronlarını potensial ciddi insidentlərə qarşı xəbərdar edir. Rusiya Federasiyası AEBA-nı Kiyev rejiminin hücumlarının bütün hallarını qeydə almağa çağırır. ABŞ Rusiya Federasiyasının və Belarusun İttifaq Dövlətinin təhlükəsizliyini pozmaq üçün öz zərərli səylərini ardıcıl olaraq gücləndirir", - Rusiya XİN-in iddiasında deyilir.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.