Modern.az

Sabiq nazir İYİ Partiyaya üzv oldu

Sabiq nazir İYİ Partiyaya üzv oldu

Dünya

24 İyun 2023, 16:18

Türkiyənin sabiq nəqliyyat naziri Oktay Vural İYİ Partiyaya üzv olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə Milliyyətçi Hərəkat Partiyasından (MHP) istefa verən siyasətçi İYİ Partiyanın üzvü olmaq qərarına gəlib.

 

Qeyd edək ki, 1956-cı ildə Diyarbakırda anadan olan siyasətçi 2001-2002-ci illərdə mərhum baş nazir Bülent Ecevitin başçılıq etdiyi DSP-MHP-ANAP koalision hökumətində təmsil olunub. Vural daha sonra MHP-dən deputat seçilib və partiyanın parlament fraksiyasının sədr müavini kimi fəaliyyət göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI