Modern.az

İran Rusiyadakı hadisələrə münasibət BİLDİRDİ

İran Rusiyadakı hadisələrə münasibət BİLDİRDİ

24 İyun 2023, 17:30

İran hakimiyyəti Rusiyada baş verən hadisələrə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb.

 

O vurğulayıb ki, Rusiyada baş verən son hadisə Moskvanın daxili məsələsidir və İran bu ölkədə qanunun aliliyini dəstəkləyir.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.  "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronij şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi