Modern.az

Separatçılar Putini dəstəkləyir

Separatçılar Putini dəstəkləyir

Dünya

24 İyun 2023, 17:46

Gürcüstan ərazisində yaradılmış tanınmamış "Cənubi Osetiya" separatçı qurumu Rusiya prezidenti Vladimir Putini dəstəkləyib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə separatçı rejimin "parlamenti" bəyanat qəbul edib.

 

"Parlament" Putinə dəstək ifadə edib. "Deputat"ların fikrincə, Rusiya xalqının və onun müttəfiqlərinin birliyi ölkəni qorumaq və hərbi əməliyyatda qalib gəlmək naminə vacibdir.

 

Qeyd edək ki, Rusiyada "Vaqner" muzdlu qruplaşması mərkəzi hakimiyyətə qarşı qiyam qaldırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI