Rusiyanın Moskva və Tula vilayətlərində M-4 şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət hələ də qüvvədədir.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Avtodor" məlumat yayıb.
"Bölgələrdə əvvəllər qəbul edilmiş qərarlara əsasən, Tula və Moskva vilayətlərində M-4 boyunca nəqliyyatın hərəkətinə məhdudiyyət qalır", - açıqlamada deyilir.
Qeyd edək ki, sözügedən yol "Vaqner" qruplaşmasının itaətsizlik göstərdiyi vaxt qapadılmışdı.