ABŞ-da neft məhsulları daşıyan qatar qəzaya uğrayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Montana ştatında baş verib.
Belə ki, qatar körpüdən keçərkən körpü dağılıb və neft məhsulları ilə dolu olan bir neçə vaqon çaya düşüb.
Hadisə yerinə aidiyyəti qurumların qüvvələri cəlb olunub. Hazırda qəzanın fəsadları aradan qaldırılır.