Modern.az

Almaniya Ukraynaya daha nələr verəcək? - General açıqladı

Almaniya Ukraynaya daha nələr verəcək? - General açıqladı

25 İyun 2023, 10:54

Almaniya Ukraynaya daha 45 "Gepard" zenitləri tədarük edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşrinə general Kristian Froydinq məlumat verib.

 

Onun sözlərinə görə, 15 "Gepard" yaxın vaxtlarda, daha 30-u isə ilin sonuna qədər Ukraynaya çatdırılacaq.

 

"Həmçinin ilin sonuna qədər 2 ədəd, növbəti il isə 4 ədəd IRIS-T zenit-raket kompleksi rəsmi Kiyevə təhvil veriləcək", - o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI