Modern.az

Priqojinin adını ilk dəfə eşidən, Ukraynaya “Ukranya” deyən... - Jurnalistdən tənqid

Priqojinin adını ilk dəfə eşidən, Ukraynaya “Ukranya” deyən... - Jurnalistdən tənqid

25 İyun 2023, 12:32

Türkiyədə tanınmış jurnalist Fatih Altaylı ölkəsinin siyasi ekspertlərini Rusiyadakı hadisələrlə bağlı sərt tənqid edib.

 

Modern.az xəbər verir ki, jurnalist bu barədə tviter səhifəsində fikirlərini bölüşüb.

 

"Priqojinin adını ilk dəfə dünən eşidən və Ukraynanı israrla "Ukranya" zənn edən strategiya və Rusiya mütəxəssislərimiz 2 gündür ki, televiziyada bizə Rusiyanı, "Vaqner"i və beynəlxalq münasibətləri anlatdılar. Sayələrində heç bir şey öyrənmədən saatlar keçirdik", - o qeyd edib.

 

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI