"Vladimir Putin "Vaqner" üsyanı ilə bağlı hadisələrin mənfi ssenari üzrə inkişafını dayandıra bilən yeganə şəxsdir və o, bunu inamla bacarıb".
Modern.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç "Pink" telekanalına müsahibəsində deyib.
Vuçiç qeyd edib ki, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko vəziyyətin nizamlanmasına ciddi töhfə verib: "Lakin dünən hər şeyi Putin bitirib".
"Hər şey prezident Putinin çox qəti, aydın və dəqiq reaksiyası sayəsində başa çatdı", - Vuçiç vurğulayıb.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.