Modern.az

“Taliban” qadınları 20 illik əsarətdən “xilas edib”

“Taliban” qadınları 20 illik əsarətdən “xilas edib”

25 İyun 2023, 17:12

Taliban rejimi qadınları “ənənəvi zülmdən” azad edib, onları “azad insanlar” statusuna qaytarıb.

 

Modern.az xəbər verir ki, bu barədə Taliban hərəkatının lideri Həybətullah Axundzadə bildirib.

 

“Qadınları bir çox ənənəvi zülmlərdən, o cümlədən məcburi nikahlardan xilas etmək üçün konkret tədbirlər görülüb, onların şəriət hüquqları qorunub. Qadının azad və ləyaqətli insan statusu bərpa edilib və bütün qurumlar buna borcludurlar. Qadınlara nikah, vərəsəlik və digər hüquqların təmin edilməsində kömək edin”, -Axundzadənin Qurban bayramı ilə bağlı təbrik məktubunda deyilir.

 

O bildirib ki, Taliban "qadınların islam şəriətinə uyğun olaraq rahat və firavan həyat yaşamalarını təmin etmək, onların vəziyyətini yaxşılaşdırmaq üçün lazımi addımlar atıb".

 

Taliban lideri onu da qeyd edib ki, Əfqanıstanda qadınların problemləri digər məsələlərlə yanaşı, “20 illik işğalın mənfi tərəfləri” ilə bağlıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi