Rəsmi Təl-Əviv Ukrayna diplomatik missiyasının İsraili kəskin tənqid etməsindən sonra Ukraynanın bu ölkədəki səfiri Yevgeni Korniyçuku Xarici İşlər Nazirliyinə çağırmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşr ukraynalı diplomata etiraz ediləcəyinin gözləndiyini qeyd edib.
Bundan əvvəl Ukrayna səfirliyi bəyanat yayaraq, İsrail hakimiyyətinin Rusiya ilə sıx əməkdaşlıq yoluna qədəm qoyduğunu və faktiki olaraq rusiyayönümlü mövqe tutduğunu bildirmişdi. Ukraynalı diplomatların fikrincə, Ukraynadakı hərbi əməliyyatlar fonunda bitərəfliyinə dair demaqogiya arxasında gizlənən İsrail rəhbərliyi Rusiya Federasiyası ilə fəal əlaqələr qurur. Bununla bağlı Ukrayna səfirliyi İsraili mövqeyini dəyişməyə və Ukraynanı müdafiə vasitələri ilə dəstəkləməyə çağırıb. Diplomatlar İsrailin “tarixin sağ tərəfində dayanacağına” ümid etdiklərini bildiriblər.