İspaniyalı idmançı Kristian Roberto Lopez Rodriges hündürdaban ayaqqabı ilə 100 metr məsafəyə qaçaraq yeni rekorda imza atıb.
Modern.az xəbər verir ki, 34 yaşlı Rodriges 2,76 düymlük stiletto geyinərək 100 metr məsafəni 12, 82 saniyəyə qət edib.
O, 2019-cu ildə hündürdaban qadın ayaqqabısı ilə 100 metr məsafəni 14,02 saniyəyə qət edən André Ortolfun rekordunu yeniləyib.
"Hündürdaban ayaqqabıda yüksək sürətlə qaçmaq mənə çox çətin gəlir. İspaniyada belə yarışlar var və onlar mənim üçün həmişə uğurlu olub”,- Rodriges deyib.