Modern.az

Berlin Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsinə qarşıdır - KİV

Berlin Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsinə qarşıdır - KİV

26 İyun 2023, 10:42

Almaniya Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərinin mümkün transferinə qarşıdır.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

 

Bildirilib ki, səbəb çox yüksək hüquqi risklərdir. Adının açıqlanmasını istəməyən bir alman məmurunun nəşrə dediyinə görə, bu, çoxlu problem yaradacaq.

 

Qeyd edək ki, Rusiya Ukrayna ərazilərinin işğalına başladıqdan sonra rəsmi Moskvanın Qərbdə olan aktivləri dondurulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI