Modern.az

Rusiya məlumatları şişirdir - İqnat

Rusiya məlumatları şişirdir - İqnat

26 İyun 2023, 10:50

"İyunun əvvəlində Hərbi Hava Qüvvələri 1 təyyarə itirdi, işğalçılar isə 20 təyyarəni vurduqlarını deyirlər".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib.

 

O qeyd edib ki, aviasiya hər gün onlarla döyüş uçuşu həyata keçirir və buna görə də Rusiya son 2 həftə ərzində dəfələrlə aerodromlara hücum etməyə cəhd edib.

 

"Düşmən öz hesabatlarında ayda 20, hətta daha çox təyyarəmizi "məhv edir". Qeyd etmək istəyirəm ki, iyun ayında bizdə 1 təyyarə itkisi oldu. Bu, ayın əvvəlində idi. Təəssüf ki, baş verir, müharibədir. Bizim də itkilərimiz var. Amma onların hesabatlarında isə artıq 20, hətta daha çoxu var", - o əlavə edib.

 

İqnatın sözlərinə görə, buna baxmayaraq, aviasiyanın döyüş əməliyyatları kifayət qədər uğurludur və təyyarələr döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI