Ukrayna Nazirlər Kabineti “Ukroboronprom”un yeni rəhbərini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Bu vəzifəyə Malışev adına Xarkov zavodunun rəhbəri German Smetanin təsdiq edilib.
Belə ki, qərar iyunun 24-də təsdiqlənib, bu gün ictimaiyyətə açıqlanacaq və iyunun 28-dən qüvvəyə minəcək.