Modern.az

Belarus Ukrayna ilə sərhədə hərbi texnika yığır

Belarus Ukrayna ilə sərhədə hərbi texnika yığır

26 İyun 2023, 12:36

Ukraynanın Çerniqov vilayəti yaxınlığında - Belarus sərhədində son günlər raket komplekslərinin hərəkəti qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

Belarusun “Flagştok” nəşri isə yazıb ki, Zyabrovka hərbi aerodromunun yaxınlığında yerləşən Belarus kəndlərinin sakinləri son günlər Belarus Respublikası Silahlı Qüvvələrinin hərbi texnika karvanının hərəkətini müşahidə ediblər: "Kolon Belarus-Ukrayna sərhədinə - Çerniqov vilayətinə doğru hərəkət etdi".

 

Qeyd olunub ki, əvvəllər bu cür reaktiv yaylım atəşi sistemlərinin Qomel bölgəsində hərəkəti məlum deyildi.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI