Modern.az

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

26 İyun 2023, 15:54

Moldovanın Rusiyadakı səfiri Lilian Darius bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Xatırladaq ki, iyunun 22-də Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov XİN-ə çağırılmışdı. Buna səbəb kimi Rusiyanın Çonqar körpüsünün atəşə tutulmasına reaksiyası barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldonun səsləndirdiyi fikirlər göstərilib.

 

Saldo hadisə barədə demişdi ki, Ukrayna ordusu Xersonla Krım arasında əlaqəni kəsmək üçün körpünü partladıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi