Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan Miçotakisi parlament seçkilərində əldə etdiyi uğura görə təbrik edib və yeni dövrün Türkiyə-Yunanıstan münasibətlərinə uğur gətirməsini arzulayıb.
Qeyd edək ki, Miçotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası bazar günü keçirilən seçkilərdə qələbə qazanıb.