Modern.az

Astronomlar “dəmir” ekzoplanet kəşf etdilər

Astronomlar “dəmir” ekzoplanet kəşf etdilər

27 İyun 2023, 08:13

Beynəlxalq astronomlar qrupu yeni mini-Neptun ekzoplanetinin kəşf edildiyini açıqlayıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, kosmik cisim Günəşin yaxınlığında yerləşən ulduzun ətrafında fırlanır.


Kəşf edilən TOI-2018 b planeti Yerdən 91,4 işıq ili uzaqlıqda yerləşir. TOI-2018 b öz ulduzu ətrafında 7,44 gündən bir dövr edir. Kəşf TESS kosmik gəmisi vasitəsilə həyata keçirilib.


Bundan əlavə, elm adamları eyni ulduzun ətrafında başqa bir obyektin hərəkət etdiyini, onun da Yerdən təxminən 50 faiz böyük ekzoplanet ola biləcəyini düşünürlər. Bununla belə, ikinci kosmik cismin planet statusunu təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!