Modern.az

İranda toz fırtınası: 700-dən çox insan xəstəxanalıq oldu

İranda toz fırtınası: 700-dən çox insan xəstəxanalıq oldu

27 İyun 2023, 10:42

İranın Sistan-Bəlucistan əyalətində toz fırtınası səbəbindən son 4 gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 764 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Sistan-Bəlucistan Böhran İdarəetmə idarəsinin baş direktoru Məcid Mohibbi bildirib.

 

649 nəfərin xəstəxanalardan evə buraxıldığını qeyd edən Mohibbi 115 nəfərin müalicəsinin davam etdiyini deyib.

 

Mövcud hava şəraitinin hələ davam edəcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü